Yay məktəbi iştirakçıları üçün ekskursiya təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Aqrar İnkişaf Könüllüləri” təşkilatının üzvü olan respublikamızın və qardaş Türkiyə Cümhuriyyətinin ali təhsil müəssisələrinin tələbələri üçün “Sabahın kənd təsərrüfatı” yay məktəbinin ilk günündə iştirakçılar üçün ekskursiya təşkil olunub.

Proqram çərçivəsində məktəb iştirakçıları ADAU-nun yeni istifadəyə verilmiş tədris korpusu və auditoriyaları ilə tanış olublar. Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, yeni tədris korpusunda müasir təfəkkürlü kadrların hazırlanması, eləcə də elmi tədqiqatların səmərəli aparılması üçün hər cür şərait yaradılıb. Binada bütün zəruri infrastruktur qurulub.

Yay məktəbi iştirakçıları Azərbaycan Xalq Cümhuriyyəti muzeyi ilə tanış olublar. Burada məktəb iştirakçılarına tarixi və maddi mədəniyyət örnəkləri, arxeoloji tapıntılar, silahlar, numizmatika nümunələri, rəsm əsərləri, xalça və xalça məmulatı, bədii tikmələr, dulus və mis qablar, bəzək əşyaları və digər sənət əsərləri nümayiş olunub.

Sonra qonaqlar Xan bağı mədəniyyət və istirahət parkında gəzintiyə çıxıblar.