“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib.

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini nəzərə alaraq Universitetin Tələbə Gənclər Təşkilatı, Aqrar Gənclər Təşkilatı, Tələbə həmkarlar ittifaqı Komitəsi və İnnovasiyalar mərkəzinin birgə təşkilatçılığı “Yaşıl Təhsil Hərəkatı” layihəsi çərçivəsində silsilə tədbirlər təşkil olunacaqdır.

Bu layihənin təşkilində əsas məqsəd tələbələr arasında ətraf mühit problemlərinə, onların həllinə ictimai diqqəti yönəltmək və gələcəkdə baş verə biləcək fəsadların qarşısını almaqda ekoloji maarifləndirmənin vacibliyini vurğulamaqdır.

“Yaşıl Təhsil Hərəkatı” layihəsi çərçivəsində ətraf mühit problemləri ilə əlaqədar aktual mövzularda təlimlər, workshoplar, seminarlar, dəyirmi masalar və müzakirələr təşkil olunacaqdır.


“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib
“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib
“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib
“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib
“Yaşıl Təhsil Hərəkatı” layihəsinə start verilib