“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Elektrik mühəndisliyi kafedrasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə və "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunan elmi-praktik seminar keçirilib.

Seminarda əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda çıxış edən Elektrik mühəndisliyi kafedrasının müdiri Fəxrəddin Yusifov günün əhəmiyyəti barədə qonaqlara ətraflı məlumat verib, kafedranın il ərzində bu istiqamətdə gördüyü işlərdən bəhs edib.

Daha sonra proqrama uyğun olaraq müəllim Elvin Hüseynov, baş müəllim Şəhla Nəbiyeva və dosent Rasim Paşayev tərəfindən "Alternativ enerjinin üstünlükləri", "İqlim dəyişikliklərinin insanların həyatında təsiri" və "Energetikanın ekoloji problemləri" mövzularında təqdimatlar nümayiş olunub. Təqdimatlarda müasir enerji mənbələri, onlardan istifadə qaydaları, iqlim dəyişikliklərinin ətraf mühitə təsiri və insanların sağlamlığına törədə biləcəyi fəsadlar, müasir dövrdə energetikanın balansının pozulması bu istiqamətdə qabaqcıl dövlətlərin iş təcrübəsindən və s. haqqında məlumatlar yer alıb.

Digər çıxış edənlər bu cür tədbirlərinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Sonda isə tələbələr tərəfindən yaşıl enerji ilə bağlı hazırlanan maket nümayiş olunub.


“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan elmi-praktik seminar keçirilib