Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan bilik yarışı keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş bilik yarışı təşkil olunacaq.

Bilik yarışının keçirilməsində əsas məqsəd Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ümummilli Liderin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

Yarışın mövzuları:
1. Heydər Əliyev və müasir dövlətçilik tariximiz;
2. Heydər Əliyev haqqında dünya liderləri və ictimai xadimlər tərəfindən söylənilən fikirlər;
3. Milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin xidmətləri;
4. Heydər Əliyev və tarixi Qələbəmizin strateji əsasları, 44 günlük Vətən müharibəsi;
5. Qarabağ və işğaldan azad olmuş digər bölgələrin tarixi, dini-mədəni abidələri, tanınmış şəxsiyyətləri.


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan bilik yarışı keçiriləcək