Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıb

Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyəti Gəncə şəhərinə səfəri çərçivəsində Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşüb.

Görüşdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, beynəlxalq əlaqələr üzrə prorektor Engin Kılıç, Baytarlıq fakültəsinin dekanı Mete Cihan və Tibbi Mikrobiyoloji bölümünün professoru Özgür Çelebi və Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər.

Niyazi Bayramov qonaqları salamlayaraq Gəncənin tarixi, mədəniyyəti, elm və təhsil sahələri haqqında ətraflı məlumat verib. Şəhər rəhbəri Gəncədə 3 universitet və 2 kollecin fəaliyyət göstərdiyini qonaqların diqqətinə çatdırıb. Azərbaycan Dövlət Aqrar Universitetin isə ölkənin aqrar sahəsinin inkişafında böyük rolu olduğunu vurğulayıb.

Qafqaz Universitetinin rektoru Hüsnü Kapu səmimi görüş üçün Niyazi Bayramova öz təşəkkürünü bildirib. O, rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyət istiqamətləri, tədris olunan ixtisaslar və kadr hazırlığı üzrə aparılan işlərdən bəhs edib və ADAU ilə əməkdaşlıqda xüsusi maraq kəsb edən sahələrə toxunub.

Sonra nümayəndə heyəti Türkiyənin Gəncə şəhərindəki Baş Konsulu Rəcəp Öztop ilə görüşüb, söhbət ediblər.

Daha sonra qonaqlar Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda olublar. Görüşdə qonaqlara HETİ-nin fəaliyyəti istiqamətləri, görülən işlər və həyata keçiriləcək layihələr barədə məlumat verilib.


Türkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıbTürkiyənin Qafqaz Universitetinin nümayəndə heyətinin ADAU-ya səfəri başa çatıb