Türkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri ilə görüş keçirilib

İkili diplom proqramı çərçivəsində Türkiyənin Ege Universitetində təhsil alan Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə onlayn görüş keçirilib.

Görüşdə çıxış edən Universitetin rektoru Zəfər Qurbanov həyata keçirilən ikili diplom proqramının hədəf və məqsədlərini tələbələrə xatırladaraq gələcəyin dayanıqlı kənd təsərrüfatı mütəxəssisləri kimi onlara uğurlar arzu edib.

Sonra tələbələrlə söhbət aparılıb, fikir və təklifləri dinlənilib.


Türkiyənin Ege Universitetində təhsil alan ADAU tələbələri ilə görüş keçirilib