Türkiyə - Azərbaycan dostluq elçisi Əhməd Cavad

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunan Ege Universitetinin professor-müəllim heyəti tərəfindən təhsilin keyfiyyətini təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarlar davam edir.

Proqram çərçivəsində növbəti seminar Ege Universitetinin əməkdaşı Asuman Gürman Şahin tərəfindən “Türkiye-Azerbaycan dostluk elçisi şair Ahmet Cevat” mövzusunda təşkil olunub.

Seminarda çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov bu cür seminarların keçirilməsinin vacibliyini diqqətə çatdıraraq kollektivə uğurlar arzu edib.

Tədbirdə Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Sonra Asuman Gürman Şahin Əhməd Cavadın şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilməsindən danışıb.

Sonda tələbələr çıxış ediblər.


Türkiyə - Azərbaycan dostluq elçisi Əhməd CavadTürkiyə - Azərbaycan dostluq elçisi Əhməd CavadTürkiyə - Azərbaycan dostluq elçisi Əhməd CavadTürkiyə - Azərbaycan dostluq elçisi Əhməd CavadTürkiyə - Azərbaycan dostluq elçisi Əhməd CavadTürkiyə - Azərbaycan dostluq elçisi Əhməd CavadTürkiyə - Azərbaycan dostluq elçisi Əhməd CavadTürkiyə - Azərbaycan dostluq elçisi Əhməd Cavad