Türk müəllimlər Gəncə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər

Beynəlxalq ikili diplom proqramı çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dərs tədris edən Ege Universitetinin bir qrup professor-müəllim heyəti üçün Gəncə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Müəllimlərə burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyi haqqında məlumat verilib. Qeyd edilib ki, Muzeydə Ulu Öndərin uşaqlıq və gənclik illəri, zəngin fəaliyyətinin bütün dövrləri barədə ətraflı məlumat almaq mümkündür.

Bildirilib ki, muzeydə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın rifahı, gözəl gələcəyi naminə apardığı uzaqgörən siyasəti, ölkəmizin hərtərəfli sosial-iqtisadi inkişafına yol açan layihələr, ordu quruculuğu, xarici siyasət, mədəniyyət və digər sahələrə dair maraqlı fotolar, o dövrlərə aid kitablar, qəzetlər və digər materiallara da geniş yer verilib.

Muzeydə Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinə müxtəlif illərdə tarixi səfərlərini əks etdirən kitablar və qəzetlər də nümayiş etdirilir.

Sonda alimlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olublar.


Türk müəllimlər Gəncə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblərTürk müəllimlər Gəncə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblərTürk müəllimlər Gəncə Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər