Tələbələrə sağlamlıq psixologiyası mövzusunda təlim keçilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatı (TGT) və “PsychoLife” psixologiya klubunun birgə təşkilatçılığı ilə tələbələr üçün təlim baş tutub.

“Sağlamlıq Psixologiyası” adlı təlim II kurs tələbələri Həmid Səfərov və Fatimə Namazova tərəfindən keçilib.

Təlimdə xəstəliyin psixoloji tərəfləri, xəstəliyə səbəb olan psixoloji faktorlar və psixoloji halın dəyərləndirilməsi kimi mövzulara diqqət yetirilib. Təlimin ikinci hissəsində tələbələr müxtəlif musiqilər səsləndirərək əyləniblər.


Tələbələrə sağlamlıq psixologiyası mövzusunda təlim keçilibTələbələrə sağlamlıq psixologiyası mövzusunda təlim keçilibTələbələrə sağlamlıq psixologiyası mövzusunda təlim keçilib