Tələbə yataqxanalarında “Ayın ən təmiz otağı” layihəsinə start verilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) ADAU-nun tələbə evlərində “Ayın ən təmiz otağı” layihəsinə start verib.

Layihə çərçivəsində hər ay müəyyən vaxtlarda ADAU THİK-in təyin etdiyi komissiya tərəfindən tələbə evlərinin otaqlarında keçirilən reydlər zamanı gigiyenik, səliqə-səhman və digər qaydalara ən yaxşı riayət edən tələbələrə pul mükafatları təqdim olunacaq.

Universitetin 2 saylı Tələbə evində keçirilən ilk yoxlamalar zamanı aprel ayının qalibləri 215 nömrəli otağın sakinləri - I kurs tələbələri Canpolad Əliyev və Tacir İsbatov seçilərək, pul mükafatına layiq görülüblər.


Tələbə yataqxanalarında “Ayın ən təmiz otağı” layihəsinə start verilibTələbə yataqxanalarında “Ayın ən təmiz otağı” layihəsinə start verilibTələbə yataqxanalarında “Ayın ən təmiz otağı” layihəsinə start verilib