Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ADAU-da

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin "Kompüterlərin təmiri və texniki xidməti üzrə usta" qrupunun tələbələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ekskursiyada olublar.

Ekskursiyanın məqsədi tələbələrdə qeyri-neft sektoruna olan marağının artırılması və gələcəkdə növbəti təhsil pilləsinə ixtisas seçimini düzgün istiqamətləndirməkdən ibarət olub.

Ekskursiya ilk olaraq universitetin korpusları ilə tanışlıqla başlayıb. Hər bir korpusun maddi-texniki bazası, tədris - təcrübə imkanları və fakültələrin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verilib.

Sonda isə tələbələrin sualları cavablandırılıb.


Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ADAU-daTicarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ADAU-daTicarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri ADAU-da