“TGT Academy” tələbə-təcrübə proqramının açılışı olub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “TGT Academy” tələbə-təcrübə proqramının açılışı baş tutub.

Azərbaycan Dövlət Aqrar Universitetinin və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) tərəfdaşlığı, ADAU TGT-nin təşəbbüsü və təşkilatçılığı ilə tələbələrin bacarıqlarının artırılması məqsədilə 2 aylıq (davamlı) təcrübə proqramının açılış mərasimində Universitetin rektoru Zəfər Qurbanov çıxış edərək layihənin uğurlu olacağını bildirərək, iştirak edəcək tələbələrə uğurlar arzulayıb.

Tədbirin davamında Tələbə Gənclər Təşkilatının sədri Nizami Məmmədov layihə və proqramın gedişatı haqqında məlumat verib, tələbələri bu proqrama qoşularaq yumşaq bacarıqlarını inkişaf etdirməyə və formalaşdırmağa səsləyib.

Qeydiyyat linki: https://forms.gle/7pqWS8w7ZGHp41fz5


“TGT Academy” tələbə-təcrübə proqramının açılışı olub“TGT Academy” tələbə-təcrübə proqramının açılışı olub“TGT Academy” tələbə-təcrübə proqramının açılışı olub“TGT Academy” tələbə-təcrübə proqramının açılışı olub“TGT Academy” tələbə-təcrübə proqramının açılışı olub“TGT Academy” tələbə-təcrübə proqramının açılışı olub