“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “TEKNOFEST-2024” festivalı ilə bağlı infosessiya keçirilib.

Tədbirdə “Bilim Bakı” Mərkəzinin rəhbəri, “TEKNOFEST”in Azərbaycandakı rəsmi nümayəndəsi Ahmet Köse “TEKNOFEST-2024”lə bağlı geniş təqdimatla çıxış edib. Diqqətə çatdırıb ki, dünyanın ən böyük kosmos, aviasiya və texnologiya festivalı olan “TEKNOFEST-2024” bu ilin avqust ayında Türkiyənin Adana şəhərində keçiriləcək. Festivalda komandalar 46 əsas və 117 alt yarışma kateqoriyası üzrə yarışacaqlar. Qalib olan komandalara pul mükafatı veriləcək.

Ahmet Köse festivalın əhəmiyyətindən söhbət açıb, yarışmanın tələbə və gənc tədqiqatçılar üçün mühüm fürsət olduğunu vurğulayaraq, gəncləri fəal olmağa səsləyib. Sonda tələbələrin sualları ətraflı cavablandırılıb.

Daha sonra Ahmet Köse ADAU-nun rektoru Zəfər Qurbanovla görüşüb.


“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib“TEKNOFEST-2024” festivalı ilə bağlı tələbələrə məlumat verilib