Tədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2021-2025-ci illər İnkişaf Strategiyasında yer alan "Təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi" məqsədinə uyğun olaraq "Tədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi" mövzusunda fakültələrdə silsilə təlimlər keçirilir.

Təlimlərdə ixtisas sahəsində əmək bazarında yeni başlayan məzunların qarşılaşdığı problemlər, əmək bazarında tələb olunan bacarıqların tətbiq oluna bilməməsi probleminin aradan qaldırılması üçün tədris prosesində görüləcək işlər, auditoriya və əmək bazarının tələbatı vəhdətinin mütəxəssis yetişdirilməsində rolu mövzuları müzakirə olunub.

Fakültələrdə təlimçi qismində Gəncə Regional Turizm İdarəsinin baş mühasibi, ADAU-nun baş müəllimi İsa Şəfiyev, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 15 saylı Tovuz Ərazi İdarəsinin Yerquruluşu şöbəsinin müdiri Elxan Hümbətov, AMEA-nın Gəncə Bölməsi Bioresurslar İnstitutunun direktoru, dosent İmran Qasımov, AMEA-nın Gəncə Bölməsi Aqrar Problemlər İnstitutunun direktoru Sədaqət Adıgözəlova, həmin İnstitutun Aqrobiznes və menecment şöbəsinin müdiri, ADAU-nun dosenti Aygün Babayeva və Qazax REŞ abonent üzrə mütəxəssis, ADAU-nun assistenti İlham Xasməmmədov iştirak ediblər.


Tədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilibTədris proqramlarının əmək bazarının təlabatına uyğun tərtib edilməsi ilə bağlı silsilə təlimlər keçirilib