“Startap day” layihəsinin final mərhələsi keçirilib

Gəncə Dövlət Filarmoniyasında “Startap day” layihəsinin final mərhələsi keçirilib.

“Startap Day” layihəsi Azərbaycan Dövlət Aqrar Universitetinin tərəfdaşlığı, Asiya İnkişaf Bankının maliyyə dəstəyi, Azərbaycan Texnologiya Universiteti, Gəncə Dövlət Universiteti, Kapital Bank Gəncə filialı, Gənclər İnkişaf Naminə İctimai birliyinin tərəfdaşlığı ilə həyata keçirilib.

Layihənin final mərhələsində açılış nitqi ilə çıxış edən Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov hal-hazırda innovasiya və startapların sonuncu nəsil universitetlərin ayrılmaz bir parçası olduğunu və bu məqsədlə də Aqrar Universitetdə də tədrisin, elmi-tədqiqat fəaliyyətinin və tələbələrin fəaliyyətinin təşkili və idarə edilməsinin innovasiyalı idarəetmə sisteminə inteqrasiya edildiyini və bu istiqamətdə işlərin aparıldığını vurğularaq, finalda çıxış edəcək komandalara uğurlar arzulayıb.

Asiya İnkişaf Bankının layihələr üzrə mütəxəssisi Səbinə Yusifova bu kimi layihələrin regionlarda innovasiya ekosisteminin yaranması və inkişafında önəmli rol oynadığını və ümumilikdə bu kimi tədbirlərin əhəmiyyətindən bəhs edib. Daha sonra Gəncə Gənclər Evinin direktoru Amil Qurbanov, KOBİA Gəncə-Daşkəsən region koordinatoru Anar Əliyev və ADAU-nun İnnovasiyalar Mərkəzinin direktoru Elvin Ağayev layihə ilə bağlı fikirlərini bölüşüblər.

Sonda final mərhələsi üçün seçilən 11 fərqli ideyada yarışan startap komandaları təqdimatlarını ediblər və təqdimatlar seçilmiş münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə nəticəsində "EwerGreen" startapı I, "Laser Eye" startapı II və "ITS" startapı isə III yerə layiq görülüb və qalib komandalar mükafatlarla təltif edilib.


“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib“Startap day” layihəsinin final mərhələsi keçirilib