Əsrin faciəsi - Xocalı

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan “Əsrin faciəsi - Xocalı” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Xocalı faciəsi qurbanlarının, eləcə də ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Kitabxananın müdiri Kamil Məmişov, Elektrik mühəndisliyi kafedrasının dosenti Fəxrəddin Yusibov, Elektrik mühəndisliyi fakültəsinin dekan müavini Fuad Vaqifli, Energetika kafedrasının dosenti Siyasət Məmmədov, Dillər kafedrasının müdiri Aidə Həsənova Xocalı faciəsinin tarixindən, törədilmiş soyqırımın Azərbaycan xalqına qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən, Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılmış Zəfər tarixindən, dövlətimizin soyqırımın dünyada tanıdılması istiqamətində apardığı uğurlu xarici siyasətdən söhbət açıblar.

Sonda Xocalı faciəsinə həsr olunan videoçarx izlənilib.


Əsrin faciəsi - XocalıƏsrin faciəsi - XocalıƏsrin faciəsi - Xocalı
Əsrin faciəsi - Xocalı
Əsrin faciəsi - Xocalı
Əsrin faciəsi - Xocalı
Əsrin faciəsi - Xocalı
Əsrin faciəsi - Xocalı
Əsrin faciəsi - Xocalı
Əsrin faciəsi - Xocalı