Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İctimai fənlər kafedrasının bir qrup əməkdaşı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun Xan bağında yerləşən məzarüstü abidəsi önündə faşizm üzərində qələbənin 79-cü ildönümünə həsr olunmuş tədbir keçiriblər.

Əvvəlcə tədbir iştirakçıları azərbaycanlı ilk Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarı önünə əklil qoyublar. Sonra ölkəmizin azadlığı, ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarını fəda etmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov çıxışında bildirib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə mühüm töhfələr verib. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilib, dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib. Kafedra müdiri həmçinin İsrafil Məmmədovun keçdiyi döyüş yolundan danışaraq qeyd edib ki, İsrafil Məmmədova 1941-ci ildə İkinci Dünya müharibəsində Novqorod vilayətinin Pustinka kəndi uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətə görə “Lenin” ordeni və “Sovet İttifaqı Qəhrəmanı” fəxri adı verilib.

Kafedranın əməkdaşları Əbdürrəhman Kazımov, Azər Axundov və Sevda Abdullayeva öz çıxışlarında vurğulayıblar ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhə bölgələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərib.

Tədbirdə I kurs tələbələri Bahar Osmanova və Nuray Bayramova mövzu ətrafında çıxışlar edib, şeir parçaları səsləndiriblər.


Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunubSovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunubSovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunubSovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunubSovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunubSovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunubSovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun xatirəsi yad olunub