Od çərşənbəsi və Beynəlxalq Qadınlar Günü münasibətilə şənlik keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Əsaslı kitabxanasında Od çərşənbəsi və 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirilib.

Tədbirdə Tədris işləri üzrə prorektor Əhməd Məlikov, Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova, bir sıra kafedra müəllimləri, kitabxana əməkdaşları və fəal tələbələr iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib.

Çıxış edənlər təbriklər səsləndirərək, xoş arzularını çatdırıblar. Xalqımızın əsrlər boyu böyük təntənə ilə qeyd etdiyi Novruz bayramının, çərşənbələrin, bizlərə sevinc, xoş əhval-ruhiyyə bəxş etdiyi diqqətə çatdırılıb.

Kitabxananın foyesi bayram atributları ilə bəzədilib. Dərnək üzvlərinin iştirakı ilə musiqilər səsləndirilib və milli rəqslərimiz nümayiş olunub. Novruzun milli atributlarından olan Kosa və Keçəl də öz çıxışları ilə tədbirə rəng qatıblar.

Qeyd edək ki, tədbir ADAU-nun Əsaslı kitabxanasının və Elektrik mühəndisliyi kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.

Od çərşənbəsi və Beynəlxalq Qadınlar Günü münasibətilə şənlik keçirilibOd çərşənbəsi və Beynəlxalq Qadınlar Günü münasibətilə şənlik keçirilibOd çərşənbəsi və Beynəlxalq Qadınlar Günü münasibətilə şənlik keçirilib