İmtahan suallarının tərtibi ilə bağlı təlim təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup professor-müəllim heyəti üçün imtahan suallarının tərtibi ilə bağlı təlim keçirilib.

Təlimin keçirilməsində məqsəd ali təhsil müəssisəsində keçirilən sessiya imtahanlarının ümumi keyfiyyətini və effektivliyin artırılmasını təmin etmək olub.

Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin baş məsləhətçisi Sərxan Ağayev təlim iştirakçılarına imtahanda istifadə olunan test tapşırığı nümunələri və qiymətləndirmə meyarları mövzusu ətrafında danışıb. Həmçinin, tələbələr arasında keçirilən sorğunun nəticələrinə əsasən imtahan suallarının tərtibi əsnasında yarana biləcək səhvlər və ya qeyri-dəqiqliklər müzakirə olunub.

ADAU əməkdaşları ədalətliliyi və etibarlılığı qoruyaraq, tələbələrin kurs materialını başa düşmələrini, effektiv şəkildə qiymətləndirmənin və imtahan suallarının tərtib olunmasının əsas şərtləri ilə tanış olublar.

Sonda iştirakçıların sualları cavablandırılıb.


İmtahan suallarının tərtibi ilə bağlı təlim təşkil olunubİmtahan suallarının tərtibi ilə bağlı təlim təşkil olunubİmtahan suallarının tərtibi ilə bağlı təlim təşkil olunubİmtahan suallarının tərtibi ilə bağlı təlim təşkil olunubİmtahan suallarının tərtibi ilə bağlı təlim təşkil olunubİmtahan suallarının tərtibi ilə bağlı təlim təşkil olunub