İmtahan sessiyasının təşkili mövzusunda əməkdaşlar üçün təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) imtahan sessiyasının təşkili mövzusunda əməkdaşlar üçün təlim keçirilib.

Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin böyük məsləhətçisi Babək Orucov tərəfindən imtahan sessiyasının təşkilində iştirak edən əməkdaşlar üçün nəzərdə tutulan təlimdə imtahanların gedişatında nöqsanlara, neqativ hallara yol verilməməsi üçün diqqət olunmalı məqamlardan danışılıb.

Həmçinin, imtahan nəzarətçilərinin imtahan mühitini müvəffəqiyyətlə idarə etmələri, tələbələrin hüquqlarını qorumağı və mövcud problemləri effektiv şəkildə həll olunması mövzuları ətrafında müzakirələr aparılıb.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.


İmtahan sessiyasının təşkili mövzusunda əməkdaşlar üçün təlim keçirilibİmtahan sessiyasının təşkili mövzusunda əməkdaşlar üçün təlim keçirilibİmtahan sessiyasının təşkili mövzusunda əməkdaşlar üçün təlim keçirilibİmtahan sessiyasının təşkili mövzusunda əməkdaşlar üçün təlim keçirilibİmtahan sessiyasının təşkili mövzusunda əməkdaşlar üçün təlim keçirilib