“Menecment” ixtisası tələbələrinin Almaniyada praktikası davam edir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) “Menecment” (alman proqramı) ixtisasında təhsil alan bir qrup III kurs tələbəsinin Almaniya Federativ Respublikasında praktikası davam edir.

Aqrobiznes və idarəetmə fakültəsinin tələbələri Ayxan Ağalarov, Real Axundov, Hacı Balakişiyev, Sənan Hacıyev, Fərid Həsənov və Samir Namazov auditoriyada aldıqları nəzəri bilikləri Almaniyanın müxtəlif kənd təsərrüfatı müəssisələrində praktiki bacarıqlar ilə təkmilləşdirirlər.


“Menecment” ixtisası tələbələrinin Almaniyada praktikası davam edir“Menecment” ixtisası tələbələrinin Almaniyada praktikası davam edir