“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “İlkin tibbi yardım” mövzusunda təlim baş tutub.

Universitet əməkdaşları və tələbələri üçün keçirilən təlimdə Gəncə Beynəlxalq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinin həkimi Mehriban Qasımova zəruri hallarda ehtiyacı olanlara ilkin tibbi yardımların göstərilməsi ilə bağlı biliklərin təkmilləşdirilməsi istiqamətində məlumat verib.

Həmçinin, təlim iştirakçılarına aşağı və yuxarı hərarət, ağır təzyiq altında sıxılma, qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması, ən qısa müddətdə zərərçəkmişin yaxınlıqdakı müalicə müəssisəsinə çatdırılması ilə bağlı əyani məlumatlar verilib.

Sonda təlim iştirakçılarının sualları cavablandırılıb.


“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib“İlkin tibbi yardım” mövzusunda təlim keçirilib