Könüllülük fəaliyyəti haqqında tələbələrə məlumat verilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Torpaqşünaslıq və Aqrokimya fakültəsində 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin könüllülərinin təşəbbüsü ilə könüllü fəaliyyətin təbliğ olunması ilə bağlı maarifləndirici görüş keçirilib.

Görüşdə 2 saylı Gəncə regional "ASAN xidmət" mərkəzinin Könüllülər üzrə məsul şəxsi Elnur Şabanzadə və "ASAN Könüllüləri" təşkilatının nümayəndəsi Mayıl Hüseynov könüllülərin fəaliyyəti prinsipləri haqqında ətraflı məlumat veriliblər.

Bildirilib ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.

Sonra könüllü olmaq istəyən tələbələrin müraciətləri qəbul olunub.


Könüllülük fəaliyyəti haqqında tələbələrə məlumat verilibKönüllülük fəaliyyəti haqqında tələbələrə məlumat verilibKönüllülük fəaliyyəti haqqında tələbələrə məlumat verilibKönüllülük fəaliyyəti haqqında tələbələrə məlumat verilib