“Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib.

Tədbirdə çıxış edən Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyevin aqrar siyasət kursu nəticəsində bu gün kənd təsərrüfatı istehsalçılarına dövlət qayğısı daha da artıb.

Sonra Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova Ulu Öndər Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi kənd təsərrüfatının inkişafı istiqamətində də müstəsna xidmətlərindən danışıb. Ölkə iqtisadiyyatının gücləndirilməsində aqrar sahənin rolunun böyük olduğunu vurğulayıb.

Sonda qalib olan tələbələr müxtəlif hədiyyə və fəxri fərmanlarla mükafatlandırılıb.


“Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib“Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib“Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib“Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib“Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib“Kənd Təsərrüfatında Heydər Əliyevin rolu” adlı inşa-yazı müsabiqəsi keçirilib