Kənd Təsərrüfatı İşçiləri Gününə həsr edilən fakültələrarası intellektual yarış keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) dəstəyi ilə 1 Noyabr - Kənd Təsərrüfatı İşçiləri Gününə həsr edilən fakültələrarası intellektual yarış keçirilib.

Yarışda Zoomühəndislik fakültəsini təmsil edən "Turan" komandası qalib olub.

Tədbirdə çıxış edən Tərbiyə işləri üzrə prorektor Aidə Qasımova bildirib ki, hazırda ölkəmizdə qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir.

Tədbirin sonunda qalib tələbələr fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.


Kənd Təsərrüfatı İşçiləri Gününə həsr edilən fakültələrarası intellektual yarış keçirilibKənd Təsərrüfatı İşçiləri Gününə həsr edilən fakültələrarası intellektual yarış keçirilibKənd Təsərrüfatı İşçiləri Gününə həsr edilən fakültələrarası intellektual yarış keçirilib