İkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilib

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris etmək üçün gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib.

Görüşdə çıxış edən ADAU-nun rektoru Zəfər Qurbanov həyata keçirilən ikili diplom proqramının vacibliyini və əhəmiyyətini bir daha diqqətə çatdırıb. Rektor deyib ki, hər iki universitet tərəfindən uğurla davam etdirilən bu layihə əsasında aparılan kadr hazırlığı müasir və dayanıqlı kənd təsərrüfatı mütəxəssislərinin yetişdirilməsində böyük rol oynayacaq.

Sonra Ege Universitetinin əməkdaşlarının fikirləri dinlənilib, sualları cavablandırılıb.

Günün ikinci yarısında ikili diplom proqramı çərçivəsində Ege Universitetində təhsil alan bir qrup ADAU tələbələri ilə görüş baş tutub.

Görüş zamanı tələbələrin tədris prosesi, məişət şəraiti, tədqiqat işlərinə cəlb olunması və digər mövzularda söhbət aparılıb.


İkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilibİkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilibİkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilibİkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilibİkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilibİkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilibİkili diplom proqramının akademik heyəti və tələbələri ilə görüş keçirilib