İkili diplom proqramının akademik heyəti Şəkidə

ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində dərs tədris etmək üçün Aqrar Universitetdə olan Ege Universitetinin bir qrup professor-müəllim heyəti Şəki şəhərinə ekskursiya ediblər.

Professor-müəllim heyəti ekskursiya zamanı Azərbaycan memarlığının incilərindən olan Şəki Xan Sarayını və digər tarixi abidələri ziyarət edib, həmçinin qədim ipəkçilik ənənələri və yerli mətbəxlə tanış olublar.

Ekskursiya iştirakçılarına Şəkinin tarixi, mədəniyyəti, iqtisadiyyatı, turizm potensialı barədə qısa məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Şəkinin 2702 yaşı var. Qədim ipəkçilik ənənələrinə malik olan bu şəhər, həm də dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidələri ilə məşhurdur.


İkili diplom proqramının akademik heyəti Şəkidəİkili diplom proqramının akademik heyəti Şəkidəİkili diplom proqramının akademik heyəti Şəkidə
İkili diplom proqramının akademik heyəti Şəkidə
İkili diplom proqramının akademik heyəti Şəkidə
İkili diplom proqramının akademik heyəti Şəkidə
İkili diplom proqramının akademik heyəti Şəkidə