İkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilib.

Görüşdə ADAU-nun rektor vəzifəsini icra edən Zəfər Qurbanov və Ege Universitetinin rektoru Necdet Budak tələbələri maraqlandıran sualları cavablandırıb, fikir və təkliflərini dinləyiblər.

Bu il III kursu bitirən “aqronomluq”, “bitki mühafizəsi” və “iqtisadiyyat” ixtisası üzrə təhsil alan tələbələr 2023/2024-cü tədris ilində təhsillərini Türkiyənin Ege Universitetində davam etdirəcək və avqust ayının 1-dən etibarən “staj I” təcrübə proqramına başlayacaqlar.

Ege Universitetinin prorektoru Banu Yücel istehsalat təcrübəsi keçəcək tələbələrin 8 qrupa ayırdıqlarını və hansı şirkətdə təcrübə keçəcəkləri haqqında məlumat verib.

Yekunda 2022/2023-cü tədris ilində fəallıq göstərən tələbələr fəxri fərmanla təltif olunublar.


İkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilibİkili diplom proqramı çərçivəsində təhsil alan tələbələrlə görüş keçirilib