Gəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Türkiyənin Gəncədəki Baş Konsulluğunun və Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi münasibətilə yürüş keçirilib. Yürüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alan 100 azərbaycanlı və 100 türkiyəli tələbə ilə yanaşı, hazırda burada təhsil verən Türkiyənin Ege Universitetindən olan 22 nəfər müəllimin də qatıldığı yürüş Türkiyənin Gəncədəki Baş Konsulluğunun qarşısından başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları tutan 250 nəfərdən ibarət yürüş iştirakçıları Gəncənin Atatürk prospekti ilə irəliləyiblər. Yürüş Qafqaz İslam Ordusu adı altında Gəncəyə gəlmiş Türkiyə silahlı hissələrinin buradakı ilk əməliyyatları zamanı şəhid olmuş əsgərlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə ucaldılan abidənin önündə yekunlaşıb.

Yürüş iştirakçıları abidəni ziyarət edib, önünə tər çiçəklər düzüb, şəhidlərin ruhuna ehtiramlarını ifadə ediblər.

Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop çıxış edərək, bildirib ki, bu gün Türkiyə Respublikası 100 illik yubileyini qeyd edir. Türkiyə tarixin bütün mərhələlərində inamla addımlayıb, qarşılaşdığı çətinliklərə baxmayaraq, günümüzdə dünyada söz sahibi olan qüdrətli bir dövlətə çevrilməyi bacarıb. O, qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı əsrlərə arxalanır. Türkiyə və Azərbaycan hər zaman bir-birilərinə dəstək olublar, çətinliklər qarşısında daim məğrur, sarsılmaz mövqe nümayiş etdiriblər.

Xatırladaq ki, 1923-cü ildə Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr tarixli qərarı ilə dövlət respublika quruluşuna keçib. Cümhuriyyətin elanından sonra Mustafa Kamal Atatürk Türkiyənin ilk Prezidenti seçilib. 1925-ci ildən etibarən hər il oktyabrın 29-da Türkiyənin Cümhuriyyət bayramı qeyd olunur.


Gəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilibGəncədə Türkiyə Respublikasının yaranmasının 100 illik yubileyi ilə bağlı yürüş keçirilib