Fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Maarifləndirmə sektorunun müdiri Elnur İmanov, baş məsləhətçi Emil Aslanov, baş məsləhətçi Leyli Abbasova, Ərazi orqanları ilə iş şöbəsinin zabiti, kapitan Səkinə Məmmədova və Gəncə Regional Dövlət Yanğın Nəzarəti idarəsinin mayoru Zaur Məmmədov iştirak ediblər.

FHN-in əməkdaşları ali təhsil müəssisəsinin müəllim və tələbələrinə fövqəladə hallar, o cümlədən yanğın zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat verib, bu barədə videoçarxlar nümayiş etdirilib.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.


Fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirilibFövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirilibFövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirilibFövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirilibFövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı tədbir keçirilib