Fakültələr arası bilik yarışı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və çağdaş Azərbaycan tarixi” mövzusunda fakültələrarası bilik yarışı keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ulu Öndərin və vətənimizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yarışdan əvvəl Universitetin Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova və İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov qeyd ediblər ki, bilik yarışının keçirilməsində əsas məqsəd Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

Fakültələrarası keçirilən bilik yarışında 7 komanda mübarizəyə qoşulub. Yarış hər biri 10 sualdan ibarət olmaqla 2 turda keçirilib və hər turda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti, rəhbərliyi altında ölkədə aparılan dövlət quruculuğu prosesini, islahatları əks etdirən suallar səsləndirilib.

Sonda Mühəndislik fakültəsinin komandası I yerə, Aqronomluq fakültəsinin komandası II yerə, Aqrar iqtisadiyyat fakültəsinin komandası isə III yerə sahib olub.

İştirakçılara sertifikatlar və mükafatlar təqdim olunub.


Fakültələr arası bilik yarışı keçirilibFakültələr arası bilik yarışı keçirilibFakültələr arası bilik yarışı keçirilib
Fakültələr arası bilik yarışı keçirilib
Fakültələr arası bilik yarışı keçirilib
Fakültələr arası bilik yarışı keçirilib
Fakültələr arası bilik yarışı keçirilib
Fakültələr arası bilik yarışı keçirilib
Fakültələr arası bilik yarışı keçirilib