Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib

Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti tərəfindən Türkiyə Cümhuriyyətinin 100-cü il dönümünə həsr olunan tədbirlər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və İzmir Katib Çelebi Universiteti ilə birlikdə “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib.

Tədbirdə ADAU-nun rektoru Zəfər Qurbanov, Ege Universitetinin rektoru Necdet Budak, Katip Çelebi Universitetinin rektoru Saffet Köse, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Elm, təhsil və insan resursları şöbəsinin müdiri İlham Süleymanov, Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, ikili diplom proqramının təşkilat komitəsinin digər üzvləri, Ege Universitetinin rəhbərliyi, müəllim və tələbələr iştirak ediblər.

Çıxış edən Zəfər Qurbanov tədbirin təşkilatçılarına təşəkkür edərək, Azərbaycan-Türkiyə dostluğunun əbədi və dəyərli olduğunu deyib. Rektor bildirib ki, Azərbaycan-Türkiyə qardaşlığını bütün dünya bilir. Bu qardaşlığın bariz nümunələrindən biri iki universitet arasında həyata keçirilən İkili diplom proqramıdır.

Necdət Budak Cümhuriyyətin 100-cü ildönümü ilə əlaqədar Türkiyədə ilk dəfə keçirilən konqresin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. Ege Universiteti 68 illik tarixi, ixtisaslı professor-müəllim heyəti, elmi işləri, fərqlənən tələbələri və məzunları ilə Türkiyəni elm işığı ilə işıqlandıran ali təhsil ocağıdır.

Sonra çıxış edənlər konqresin tədqiqatçılar və mütəxəssislər üçün həm nəzəri, həm də praktiki olaraq kənd təsərrüfatı elmi daxilində məhkəmə ekspertizası sahəsində ən son yenilikləri müzakirə etmək üçün ideal akademik platforma olduğunu deyiblər.

Konqresdə “Kimyəvi Bioloji Radioloji Nüvə Təhdidləri”, “Bioterrorizm”, “Aqroterrorizm”, “Narkotik İstehsal Olunan Bitkilər”, “Kənd Təsərrüfatı Fəlakətləri-Cinayət Axtarışı”, “Rəqəmsal Kənd Təsərrüfatı və Ədliyyə Mütəxəssisliyi” və “Kənd Təsərrüfatı Cinayətlərinin Araşdırılması” kimi bir çox araşdırma mövzularında sahənin mütəxəssisləri tərəfindən təqdimatlar edilib.

Bundan başqa, Daxili İşlər Nazirliyinin AFAD Koordinasiya Mərkəzi və SR Cinayət Axtarış maşınları da konqresdə iştirak edib.


Ege Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilibEge Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilibEge Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilibEge Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilibEge Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilibEge Universitetində “I Beynəlxalq Ədli Kənd Təsərrüfatı Konqresi və Sərgisi” keçirilib