“Dolu” bədii filmi tələbələrə nümayiş olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi, Gəncə Gənclər Evi və Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatının dəstəyi ilə “Dolu” bədii filminin nümayişi baş tutub.

Nümayişdə 50 nəfər tələbə iştirak edib sonra ölkəmizin ərazi bütovlüyünün bərpası uğrunda canından keçən şəhidlər və onların həyat yolundan söhbət açılıb.

Tədbirin keçirilməsində məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkili və onlarda vətənpərvərlik duyğularının aşılanması olub.

Elxan Cəfərov tərəfindən 2012-ci ildə ekranlaşdırılan film Azərbaycanın döyüş yolu və Ermənistan-Azərbaycan münaqişəsi zamanı baş vermiş gerçək hadisələrdən bəhs edir.


“Dolu” bədii filmi tələbələrə nümayiş olunub“Dolu” bədii filmi tələbələrə nümayiş olunub“Dolu” bədii filmi tələbələrə nümayiş olunub“Dolu” bədii filmi tələbələrə nümayiş olunub