Boston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olub

Boston Universitetinin Sahibkarlıq fakültəsinin və Biznes İnnovasiya Mərkəzinin direktoru Rana Qupta Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib.

Səfər çərçivəsində Universitetin rəhbər və professor-müəllim heyətilə görüşlər keçirib. Amerikalı mütəxəssis tələbələrlə də görüşüb və onları maraqlandıran suallar ətrafında müzakirələr aparıb. R.Qupta tələbələr üçün startapların qurulması, innovativ yanaşma, sahibkarlıq, biznes planın formalaşdırılması, bazara çıxış, marketinq planı və bu sahəni əhatə edən müxtəlif təlimlər də keçib.

Qonağa universitetlərin maddi-texniki bazası, habelə tələbələrin tədris, karyera və sahibkarlıq imkanlarına çıxışı barədə məlumat verilib.

Xatırladaq ki, "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi Koreya Respublikasının E-Asiya və Bilik Tərəfdaşlığı Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır. Asiya İnkişaf Bankının (AİB) və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə reallaşdırdığı "Azərbaycanda Yerli Texnoloji Startapların İnkişafına Dəstək" texniki yardım layihəsi çərçivəsində ADAU və ABŞ-ın nüfuzlu Boston Universiteti arasında memorandum imzalanıb.


Boston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olubBoston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olubBoston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olubBoston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olubBoston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olubBoston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olubBoston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olubBoston Universitetinin əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetində səfərdə olub