“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Bir millət iki şəxsiyyət” kitabının təqdimatı keçirilib.

Təqdimat mərasimində çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov Azərbaycan xalqının böyük oğlu, Ulu Öndər Heydər Əliyevin həyatını müqayisəli formada təhlil edən bir mənbənin dahi şəxsiyyətin 100-cü ildönümündə çap olunması heç də təsadüfi deyil. Diqqətə çatdırılıb ki, türk dünyasının iki korifeyinin Heydər Əliyev və Mustafa Kamal Atatürkün bənzərsiz həyat yolu, böyük idealları, dahiyanə fikirləri, Vətən yolunda mübarizələri, dövlət quruculuğu sahəsindəki fədakarlıqları türk xalqlarının birlik və həmrəyliyinin möhkəmlənməsinə xidmət edən amallardandır.

Kitabın müəllifi, Universitetin İctimai fənlər kafedrasının müəllimi Ceyhun Hüseynov çıxış edərək göstərilən diqqətə görə təşəkkür edib.

Sonra tərbiyə işləri üzrə prorektor Aidə Qasımova, Zoomühəndislik fakültəsinin dekanı Qənbər Abdullayev, İctimai fənlər kafedrasının müdiri Azad Bayramov və kitabın oxucuları çıxışlar edərək fikirlərini səsləndiriblər.


“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub“Bir millət iki şəxsiyyət” kitabı ADAU kollektivinə təqdim olunub