Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsində 8 Noyabr - Zəfər Günü münasibətilə “Sən qalibsən Azərbaycan!” mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən fakültənin dekan müavini Gülçin Məmmədova qalib xalqın nümayəndəsi olaraq fəxarət hissi duyduğunu dilə gətirərək şəhidlərə rəhmət, qazilərə can sağlığı diləyib.

İctimai fənlər kafedrasının müdiri Elgün Aslanov şanlı tarixə nəzər salaraq Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycanın daha da qüdrətli olacağına ümid etdiyini diqqətə çatdırıb.

Sonra fakültənin “Baytarlıq təbabəti” ixtisasının III kurs tələbəsi Rufan İbrahimli çıxış edib. Bildirib ki, müharibə zamanı 103 xidmətində feldşer kimi çalışıb. Müharibə bölgəsində yaralı əsgərlərin öz əsgər yoldaşlarını tək buraxmaq istəmədiklərini, hətta yaralı vəziyyətdə belə Vətən uğrunda necə vuruşduqlarından söz açıb.

Həmin ixtisasının I kurs tələbəsi Dimanov Məhəmməd çıxış edərək Ordumuzun şərəfli əsgər və zabitlərinin qəhrəmanlıqlarından danışıb.

Tədbir ədəbi-bədii hissə ilə davam etdirilib. Tələbələrin ifasında vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib.


Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!Baytarlıq təbabəti fakültəsində tədbir: Sən qalibsən Azərbaycan!