Baytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Baytarlıq təbabəti fakültəsinin II, III, IV və V kurs tələbələri üçün masterclass təşkil olunub.

İki gün davam edən görüşlərdə ADAU-nun “baytarlıq” ixtisasının məzunu, veterinar-həkim Xətai Şirinov tələbələrə uğur hekayəsi və şəxsi təcrübələrindən danışıb. Bildirib ki, tələbələrin təcrübəli baytar-həkim olmaları üçün Aqrar Universitetdə bütün şərait yaradılıb.

Görüşlərdən sonra tələbələrlə birgə ADAU-nun Baytarlıq klinikasında ev heyvanlarında sınıqların bərpası və qısırlaşdırma prosesi həyata keçirilib. Erkək və dişi pişiklər üzərində aparılan tibbi müayinə və cərrahi proseslərdən sonra onların müşahidəsi və yemlənməsi tələbələrə həvalə olunub.


Baytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunubBaytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunubBaytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunubBaytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunubBaytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunubBaytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunubBaytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunubBaytarlıq ixtisasının tələbələri üçün masterclass təşkil olunub