“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb

“Azərsun Holdinq”in bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) “Aqronomluq” və “Marketinq” ixtisasının tələbələri ilə görüş keçirib.

Görüşün məqsədi “Azərsun Holdinq”in bütün istiqamət sahələri üzrə fəaliyyətinin tanıtımı, təcrübə proqramları və işə götürmə məsələləri haqqında tələbələri məlumatlandırmaq olub.

Tədbirdə “Azərsun Holdinq”in Kənd Təsərrüfatı Müəssisələri üzrə İnsan Resursları Departamentinin müdiri Yaşar Savadov, İşə qəbul şöbəsinin müdiri Nurulla Nəsibov, həmin şöbənin mütəxəssisi İlqar Çərkəzzadə, Marketing şöbəsinin direktoru Sara Rzayeva, Marketinq mütəxəssisləri Həmayıl Tanrıquliyeva, Kənan Hacıyev, Səidə Bayramova, Gəncə satışın rəhbərləri Ceyhun Sarıyev, Ruslan Verdiyev “Bizim Tarla” markasının ART rəhbəri Namiq Rüstəmov, mütəxəssis İlqar Məmmədov və digər əməkdaşları iştirak ediblər.

Çıxış edən Y.Savadov və İ.Çərkəzzadə işə götürmə imkanları barədə tələbələrə məlumat veriblər. Bildirilib ki, ADAU-nun çoxsaylı məzunları hazırda Holdinqdə rəhbər və digər vəzifələrdə çalışır. Daha sonra “Azərsun Holdinq”in və “Bizim Tarla” markasının tanıtım çarxı auditoriyaya nümayiş olunub.

Tələbələrlə keçirilən şans oyununda 40 nəfər tələbələyə 50 azn dəyərində alış-veriş kartı hədiyyə olunub. Həmçinin, 12 nəfər tələbəyə şirkətin promo məhsulları təqdim edilib.

“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb“Azərsun Holdinq”in əməkdaşları ADAU tələbələri ilə görüşüb