Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə əməkdaşlığa başlayır

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Beynəlxalq Təlim və Layihə Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ADAU-nun rektoru Zəfər Qurbanovla Mərkəzin icraçı direktoru Şahin Abbasəliyev arasında imzalanan memorandumun məqsədi iki qurum arasında əməkdaşlığı genişləndirmək, müxtəlif sahələrdə mütəxəssislərin biliklərinin artırılması və peşəkar kadr hazırlığına əlverişli şərait yaratmaqdır.


Azərbaycan Dövlət Aqrar Universiteti Beynəlxalq Təlim və Layihə Mərkəzi ilə əməkdaşlığa başlayır