Aqrar Universitetin rəsmi internet saytı peşəkar internet mükafatı üzrə müsabiqədə iştirak edir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəsmi internet saytı adau.edu.az Milli İnternet Mükafatının (MilliNet) “İlin rəqəmsal təhsil resursu” nominasiyası üzrə müsabiqədə iştirak edir.

MilliNet - Azərbaycan İnternet Forumu tərəfindən təsis edilən peşəkar internet mükafatıdır. Bu mükafat hər il cəmiyyətin müxtəlif sahələrində, sosial, mədəni, elmi, iqtisadi, hüquqi və s. sahələrdə fəaliyyət göstərən, Azərbaycan dilində tərtib olunan və fəaliyyət göstərən rəqəmsal həllərə, milli internet resurslarına və internet layihələrinə müsabiqə üsulu ilə təqdim edilir.


Aqrar Universitetin rəsmi internet saytı peşəkar internet mükafatı üzrə müsabiqədə iştirak edir