Aqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ölkəmizin görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa təşkil olunub.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, böyük alim Zərifə Əliyevanın və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Universitetin rektor vəzifəsini icra edən Zəfər Qurbanov bildirib ki, Zərifə Əliyeva sözün əsl mənasında, böyük həkim, alim olub. O, Azərbaycan oftalmologiya məktəbinə öz dəyərli töhfəsini verib, gənc kadrların hazırlanmasında dəstəyini əsirgəməyib. Eyni zamanda, insanların görmə qabiliyyətinə mənfi təsir göstərən istehsalatlarda onun laboratoriyaları fəaliyyət göstərib. Bu laboratoriyalarda bir tərəfdən insanların sağlamlığına zərərli istehsalların təsiri öyrənilib, bir tərəfdən də xəstələrin müalicəsi təşkil olunub.

Həmçinin, alim kimi də Zərifə xanım çox böyük zirvələrə çata bilib. Onun əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.

Zərifə Əliyeva Azərbaycana İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin sürətli inkişafı, dünyadakı nüfuzu, möhtəşəm uğurları ilə fəxr edərkən, Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində Ulu Öndər Heydər Əliyev ilə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsirini görürük.

Sonra İctimai fənnlər kafedrasının müdiri Azad Bayramov, Ümumi əkinçilik, genetika və seleksiya kafedrasının müdiri Aynur Həsənova, Aqrar sahənin iqtisadiyyatı kafedrasının müdiri Raminə Məmmədova və digərləri Zərifə Əliyeva haqqında çıxışlar edərək onun Azərbaycan xalqı və oftalmologiya elmi üçün misilsiz xidmətlərindən söz açıblar.

Tədbirdə universitetin I kurs tələbəsi Aygün Əhmədovanın görkəmli alim Zərifə Əliyeva haqqında səsləndirdiyi şeir də dinlənilib.


Aqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilibAqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilibAqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilibAqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilibAqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilibAqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilibAqrar Universitetdə Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə dəyirmi masa keçirilib