Aqrar Universitetdə şəhid Rauf Əsgərov adına regional riyaziyyat olimpiadası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və şəhid Hacı Rauf adına Təhsil və Gənclik Mərkəzinin təşkilatçılığı ilə şəhid Rauf Əsgərov adına regional riyaziyyat olimpiadası keçirilib.

Olimpiadanın açılış mərasimində Tədris İşləri üzrə Prorektor Əhməd Məlikov, Tərbiyə İşləri üzrə Prorektor Aidə Qasımova, Mərkəzin rəhbəri Kənan Veyisli, məzun Şəhidimiz Hacı Rauf Əsgərovun anası və yaxınları çıxış ediblər.

Tədbirin davamında yüksək bal toplayaraq ADAU-nu seçən tələbələr abituriyentlərə ixtisas seçimi ilə bağlı məlumatlar veriblər.

Daha sonra tədbir iştirakçıları və valideynlər Aqrar Universitetin fakültələrinin stendləri ilə tanış olublar.

Aqrar Universitetdə şəhid Rauf Əsgərov adına regional riyaziyyat olimpiadası keçirilibAqrar Universitetdə şəhid Rauf Əsgərov adına regional riyaziyyat olimpiadası keçirilibAqrar Universitetdə şəhid Rauf Əsgərov adına regional riyaziyyat olimpiadası keçirilib