Aqrar Gənclər Təşkilatı 2 il

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının (AGT) 2 illik fəaliyyətinin tamam olması münasibətilə tədbir keçirilib.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən Aqrar Gənclər Təşkilatının təsisçisi və sədri Əli Məmmədov, təşkilatın iki illik fəaliyyəti dövründə fəaliyyəti və əldə etdiyi uğurlardan danışıb. Bildirilib ki, Aqrar Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən 5 Dərnək - Aqrar İnnovativ İnkişaf, Milli Mədəniyyət, Zehni və Şəxsi İnkişaf, Sağlam Həyat və Sağlam Düşüncə, Xarici Dil və bu Dərnəklərdə 12 elmi-praktik konfrans və sahə təcrübəsi, tədqiqat, 14 milli mədəniyyətimizə dair tədbir, 22 idman məşğələləri, 5 bilik yarışı, 10 müxtəlif qurumlarla görüşlər və toplamda 75 tədbirin həyata keçirilməsi haqqında hesabat diqqətə çatdırılıb, həmçinin görülmüş işlərə dair videoçarx nümayiş olunub.

Hesabata dair tədbirdə Universitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov, Tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova, kafedra müdirləri Arif Qazıyev və Allahverdi Seyidov, dosent Vüsal Orucov, Prof. Dr. Çiğdem Takma və ikili diplom proqramının direktoru Lamiyə Quliyeva öz fikir və təkliflərini bölüşüblər.


Aqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 ilAqrar Gənclər Təşkilatı 2 il