ADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblar

Qərbi Azərbaycan İcması (QAİ) və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan: Tarixin izi ilə” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində gənclər üçün növbəti məlumatlandırıcı sessiya Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib.

ADAU-da təşkil edilən tədbirin məqsədi Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlıların öz doğma yurdlarına qayıtması hüququnun, insan hüquqları məsələsi və sülhsevər missiya olaraq Qərbi Azərbaycana qayıdışı xalqımızın əsas hədəflərindən biri kimi göstərməklə, bütövlükdə Azərbaycan ictimaiyyətinin, xüsusən də gənclərin bu amal uğrunda səfərbər edilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası, icmanın fəaliyyəti barədə gənclərin məlumatlılığının artırılmasıdır.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüş iştirakçılarını salamlayan ADAU-nun rektoru Zəfər Qurbanov tədbirin əhəmiyyətini və ölkəmizin haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında gənclərin fəal iştirakının təşviq olunmasının vacibliyini diqqətə çatdıraraq uğurlar arzu edib.

Sonra Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.

QAİ Gənclər Şurasının sədri, Milli Məclisin deputatı Ramin Məmmədov Qayıdış konsepsiyasının müddəaları, Qərbi Azərbaycan İcmasının quruluşu və fəaliyyəti, gənclərin üzərinə düşən vəzifələrdən söz açaraq, tədbir iştirakçılarını beynəlxalq ictimaiyyətin soydaşlarımızın ata-baba yurdlarına qayıtması istiqamətində ölkəmizin haqlı mövqeyi ilə bağlı düzgün məlumatlandırılmasında fəallıq göstərməyə çağırıb.

Tədbirin davamında Qərbi Azərbaycan həqiqətlərini, tarixini, mədəniyyətini özündə əks etdirən təqdimat nümayiş etdirən R.Məmmədov gənclərin suallarını cavablandıraraq onların təkliflərini dinləyib.


ADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblarADAU tələbələri Qərbi Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılıblar