ADAU əməkdaşları Portuqaliyanın Ali Texniki İnstitutunda təlimlərdə iştirak ediblər

Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda Erasmus+ layihəsi çərçivəsində növbəti təlim səfəri 23 oktyabr 2023-cü il tarixində Portuqaliyanın Ali Texniki İnstitutunda öz işinə başlayıb.

23-27 oktyabr tarixlərini əhatə edən işgüzar səfərdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan ali təhsil müəssisəsinin rektorları, prorektorları, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti iştirak edirlər. Təlimlərin əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin öyrənilməsidir.

5 günlük təlim proqramına uyğun olaraq iştirakçılar texnologiya mərkəzləri, sosial innovasiya laboratoriyası, texnologiya əsaslı sahibkarlıq proqramları kimi mövzularda təqdimatlarla tanış olaraq və müzakirələr aparacaq, o cümlədən Lissabonda yerləşən bir sıra texnologiya laboratoriyaları və innovasiya mərkəzlərini ziyarət edəcəklər.

Təlimlərin yekununda isə layihənin cari vəziyyətinin təhlilinin aparılması və gələcək 6 ay üçün fəaliyyət planının qurulması, eləcə də layihə konsorsiumunun üzvü olan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə 5 gün müddətində keçirilən təlim və təqdimatlara əsasən komanda işlərinin təşkili və Portuqaliyalı partnyorlarla qarşılıqlı fikir mübadilələrinin aparılması nəzərdə tutulub.

Təlimdə Azərbaycan Dövlət Aqrar Universitetini elmi işlər üzrə prorektor Azad İbrahimov və rektorun köməkçisi Mahir Məmmədzadə təmsil edib.


ADAU əməkdaşları Portuqaliyanın Ali Texniki İnstitutunda təlimlərdə iştirak ediblərADAU əməkdaşları Portuqaliyanın Ali Texniki İnstitutunda təlimlərdə iştirak ediblərADAU əməkdaşları Portuqaliyanın Ali Texniki İnstitutunda təlimlərdə iştirak ediblərADAU əməkdaşları Portuqaliyanın Ali Texniki İnstitutunda təlimlərdə iştirak ediblərADAU əməkdaşları Portuqaliyanın Ali Texniki İnstitutunda təlimlərdə iştirak ediblərADAU əməkdaşları Portuqaliyanın Ali Texniki İnstitutunda təlimlərdə iştirak ediblər