ADAU əməkdaşları Moldovada beynəlxalq tədbirdə iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tərəfdaş olduğu Avropa Birliyinin maliyyələşdirdiyi “ERASMUS+KA2” proqramı çərçivəsində “İnnovasiya və dayanıqlılıq prinsipləri ilə klasterlərin işlənməsinə başlamaqda və iştirakda universitetlərin potensialının artırılması” layihəsi (UniClaD) üzrə Moldovada növbəti beynəlxalq tədbiri və idarəetmə heyətinin növbəti görüşü keçirilib.

Tədbir İtaliya, İspaniya, Avstriya, Polşa Macarıstan, Litva, Moldova, Azərbaycan və Ukraynadan olan tərəfdaş təşkilatların nümayəndələrinin iştirakı ilə təşkil olunub. Beynəlxalq konfrans 8-10 aprel tarixlərində Moldovanın Komrat şəhərində Komrat Dövlət Universitetinin, 11-12 aprel tarixlərində isə Kişinyov şəhərində Moldova Texniki Universitetinin ev sahibliyi ilə keçirilib.

Tədbirdə ADAU-nun Ümumi şöbənin müdiri Venera Hüseynova və Baytarlıq fakültəsinin Epizootologiya, mikrobiologiya və parazitologiya kafedrasının baş müəllimi Günay Verdiyeva təmsil edib.

Görüşdə Avropa tərəfdaşları tərəfindən kənd təsərrüfatında İT texnologiyalarının tətbiqi, Avstriyada Klaster İnnovasiya Ferması, təlim modullarının yaradılması təcrübəsi, kənd təsərrüfatı üzrə bilik və innovasiya sistemi, qida sektorunda klasterlər mövzularında təqdimatlar verilib və modellər üzərindən tətbiqi müzakirə aparılıb. Səfər çərçivəsində orqanik süd məhsulları istehsal edən qabaqcıl təsərüfatlara baxış keçirilib və innovativ tətbiqlər öyrənilib.

İdarəetmə heyətinin görüşü ilə davam edən səfərdə layihənin əsas komponentləri üzrə açıq qalan məsələlər müzakirə olunub, növbəti görüşün keçirilmə vaxtı razılaşdırılıb.

Sonda layihə üzrə yekun tədbirin Azərbaycanda keçirilməsi üçün təşkilatı məsələlərin də müzakirəsi aparılıb.


ADAU əməkdaşları Moldovada beynəlxalq tədbirdə iştirak edibADAU əməkdaşları Moldovada beynəlxalq tədbirdə iştirak edibADAU əməkdaşları Moldovada beynəlxalq tədbirdə iştirak edibADAU əməkdaşları Moldovada beynəlxalq tədbirdə iştirak edibADAU əməkdaşları Moldovada beynəlxalq tədbirdə iştirak edib