ADAU əməkdaşları şəhid Natiq Əliyevin ailəsini ziyarət ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Marketinq kafedrasının bir qrup əməkdaşı şəhid kiçik çavuş Natiq Əliyevin ailəsinə baş çəkiblər.

Kafedra müdiri Vəfa Məmmədova, dosent Vaqif Ramazanov, baş müəllimlər Anar Həsənov və Aytəkin Bağırova şəhidin evində olub, ailəsi ilə görüşüblər.

Natiq Əliyev 22 may 1989-cu ildə Gəncə şəhərində anadan olub. O, 2015-ci ildən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyət göstərib. Kiçik çavuş Natiq Əliyev 16 noyabr 2021-ci ildə cəbhənin Laçın rayonu istiqamətində şəhid olub. 17 noyabr 2021-ci ildə nəşi ailəsinə təhvil verilib və Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Bir qız övladı özündən geriyə yadigar qalıb.

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.


ADAU əməkdaşları şəhid Natiq Əliyevin ailəsini ziyarət ediblərADAU əməkdaşları şəhid Natiq Əliyevin ailəsini ziyarət ediblərADAU əməkdaşları şəhid Natiq Əliyevin ailəsini ziyarət ediblər