ADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblər

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı şəhid Ədil Ədilzadənin məzarını ziyarət edərək, əziz xatirəsini ehtiramla yad ediblər.

Tədris işləri üzrə prorektor Əhməd Məlikov, Zoomühəndislik fakültəsinin dekanı Qənbər Abdullayev və fakültənin professor-müəllim heyəti şəhid baş leytenant Ədil Ədilzadənin ailəsi ilə birlikdə məzarını ziyarət edib, önünə gül dəstələri və əklil qoyublar.

Bildirilib ki, ADAU rəhbərliyi və kollektivi hər zaman şəhidlərimizin xatirəsini əziz tutur, daim yad edir. Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu Ədilzadə Ədil Rövşən oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində qəhrəmancasına şəhid olub.

Ədilin təlim-tərbiyəsi professor-müəllim heyəti tərəfindən hər zaman yüksək qiymətləndirilib. Vətənpərvər və zəhmətkeş tələbə kimi tələbə yoldaşları arasında böyük hörmət qazanıb. Aqrar Universitet Ədil və onun kimi qəhrəman oğullarla fəxr edir.

Qeyd edək ki, şəhid Ədilzadə Ədil Rövşən oğlu Azərbaycan Dövlət Aqrar Universitetinin “Balıqçılıq” ixtisasının 2015-2019-cu illər üzrə məzunu olub.

ADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblərADAU əməkdaşları şəhid Ədil Ədilzadənin əziz xatirəsini yad ediblər