ADAU əməkdaşı Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfransda iştirak edib

27 Aprel tarixində RMP birliyinin təşkilatçılığı ilə 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş III Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) konfransı keçirilib.

270 nəfərdən çox yerli və xarici şirkət nümayəndələrinin iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanda SƏTƏM sahəsinin peşəkarlarını və bu sahə ilə maraqlananları bir araya gətirib.

Tədbirdə məruzəçilər konfransın mövzusuna uyğun olaraq fikir və təcrübələrini bölüşüb, sualları cavablandırıblar.

Konfransda beynəlxalq təşkilatlar, şirkətlərlə yanaşı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının müdiri Eldar Zeynalov da iştirak edib.


ADAU əməkdaşı Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfransda iştirak edibADAU əməkdaşı Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfransda iştirak edibADAU əməkdaşı Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfransda iştirak edibADAU əməkdaşı Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan konfransda iştirak edib