ADAU-EGE ikili diplom proqramı növbəti illərdə də davam edəcək

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rəhbərliyi arasında görüş keçirilib.

Görüşdə çıxş edən ADAU-nun rektoru Zəfər Qurbanov hər iki universitet arasında həyata keçirilən ikili diplom proqramının əhəmiyyətindən bəhs edib. Rektor bildirib ki, bu proqram həm tələbələr, həm də professor-müəllim heyəti və tədqiqatçılar üçün faydalıdır.

Ege Universitetinin rektoru Necdet Budak ikili diplom proqramının gedişindən məmnunluğunu bildirərək, proqramın davamlı olmasını arzulayıb.

Daha sonra Zəfər Qurbanovla Necdet Budak arasında ADAU-EGE ikili diplom proqramının növbəti 4 il üçün uzadılması ilə bağlı müvafiq sənədlərə imza atılıb.


ADAU-EGE ikili diplom proqramı növbəti illərdə də davam edəcəkADAU-EGE ikili diplom proqramı növbəti illərdə də davam edəcəkADAU-EGE ikili diplom proqramı növbəti illərdə də davam edəcəkADAU-EGE ikili diplom proqramı növbəti illərdə də davam edəcək